Modern.az

Ukraynanı sərt qış gözləyir - Pentaqondan xəbərdarlıq 

Ukraynanı sərt qış gözləyir - Pentaqondan xəbərdarlıq 

19 Noyabr 2022, 22:12

Rusiya ilə müharibədə Ukraynanı sərt qış gözləyir.

 

Modern.az xəbər verir ki, bunu Kanadanın Halifax şəhərində keçirilən Beynəlxalq Təhlükəsizlik Forumunda çıxış edən ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

 

O, çıxışı zamanı Ukrayna ətrafında vəziyyətin inkişafını dəyərləndirib. 

 

Pentaqon rəhbəri bildirib ki, Moskvanın münaqişədə İran və Şimali Koreya kimi ölkələrin dəstəyini cəlb etmək səyləri ABŞ və müttəfiqləri üçün yeni təhlükəsizlik çağırışlarıdır.

 

Müdafiə naziri Rusiyanın dünyanı yenidən nüvə silahları ilə təhdid etməyə başlaya biləcəyini proqnozlaşdırıb, lakin ABŞ və müttəfiqlərinin bu çətinliklərin öhdəsindən gələcəyini bildirib.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu