Modern.az

Etirazçıları cəzalandırın! - Xamenei əmr verdi

Etirazçıları cəzalandırın! - Xamenei əmr verdi

19 Noyabr 2022, 23:26

İranın ali dini lideri Əli Xamenei etiraz aksiyalarında iştirak edən şəxslərin cəzalandırılmasını tələb edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, İsfahan şəhərində xalqa müraciəti zamanı danışıb.

 

Xamenei deyib ki, ölkə boyu davam edən nümayiş və dağıntılarda iştirak edən şəxslər cəzalandırılmalıdır. O, qiyamın sona çatacağını və ölkənin inkişafının davam edəcəyini vurğulayıb: 

 

“Üsyançılar xalqı küçələrə çıxara bilmədilər. Bu səbəbdən çaşqınlıq yaratmaqla təhlükəsizlik qüvvələrini və məmurları yormağa çalışırlar", - deyə İranın ali dini lideri bildirib.

 

Xatırladaq ki, bu ilin sentyabr ayının ortalarından başlayaraq İranda etiraz aksiyaları keçirilir. 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir müddət sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Etirazçılar ölkədə hakimiyyətin dəyişməsini tələb ediblər.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu