Modern.az

Paşinyan Tunisdə Makronla görüşdü

Paşinyan Tunisdə Makronla görüşdü

20 Noyabr 2022, 00:45

Ermənistanın baş naziri Nikol Paşinyan Tunisin Cerba şəhərində keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının 18-ci sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makronla görüşüb.

 

Modern.az xəbər verir ki, məlumatı Ermənistan hökuməti yayıb.

 

Tərəflər bu il Praqada keçirilən dördtərəfli sammitin yekunlarına dair fikir mübadiləsi aparıblar. Bundan əlavə, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində atılan addımlar müzakirə edilib.

 

 Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu