Qətərdə futbol üzrə dünya çempionatına start verilib.
Modern.az xəbər verir ki, ilk qarşılaşma ev sahibi ilə Ekvador millisi arasında keçirilib.
Görüş Cənubi Amerika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanın hər iki qolunu Enner Valensiya (16, 31) vurub.
Qeyd edək ki, qrupun digər matçı Niderland və Seneqal yığmaları arasında keçiriləcək. Noyabrın 21-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
***
20:01
Qətərdə ev sahibləri ilə Ekvador arasında dünya çempionatının açılış oyunu başlayıb.
Modern.az xəbər verir ki, "El-Bayt" stadionunda keçirilən görüşü italiyalı FIFA referisi Daniele Orsato idarə edir.
***
19:31
Qətərin paytaxtı Dohadan 40 kilometr şimalda yerləşən El-Xaur şəhərindəki “El-Bayt" stadionunda dünya çempionatının açılış mərasimi baş tutub.
Modern.az xəbər verir ki, mərasim Cənubi Koreyanın BTS adlı k-pop qrupunun üzvü Çon Conqukun “Dreamers” musiqisinin sədaları altında başlayıb.
Bir çox tanınmış xarici və yerli müğənnilər öz ifaları ilə iştirak ediblər.
Çempionat Bakı vaxtilə saat 20:00-da Qətər – Ekvador oyunu ilə start götürəcək.