Qazaxıstanda bu gün keçirilən növbədənkənar prezident seçkilərində hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev 82,45 faiz səslə liderdir.
Modern.az xəbər verir ki, bu, “Açıq Cəmiyyət” Araşdırmalar İnstitutunun "exit-poll" nəticələrində qeyd olunub.
Məlumata görə, digər namizədlərdən Karakat Abden 2,54 faiz, Nurlan Auesbaev 2,17 faiz, Jiquli Dayrabayev 3,33 faiz, Meyram Kajıken 2,23 faiz, Saltanat Tursınbekova 2,08 faiz səs toplayıb.
5,2 faiz seçici isə bütün namizədlərin əleyhinə səs verib.
Qeyd edək ki, Qazaxıstanda keçirilən prezident seçkilərində seçici fəallığı 69,43 faiz olub.