Modern.az

Almaniya Polşaya \"Patriot\" təklif etdi

Almaniya Polşaya \

20 Noyabr 2022, 22:47

Almaniya Polşaya ölkə ərazisində "Patriot" hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsini təklif edib.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Kristin Lemberlext bildirib.

 

Təklif ötən həftə Polşaya raket zərbəsindən sonra irəli sürülüb. Məlum hadisə nəticəsində Polşada iki mülki şəxs həlak olmuşdu.

 

"Təhlükəsizliyini təmin etməkdə dəstək təklif etmişik", - nazir qeyd edib.

 

NATO baş katibi Yens Stoltenberq bildirib ki, keçən həftə Polşaya dəyən və iki nəfərin ölümünə səbəb olan raketin Rusiyadan deyil, Ukraynanın hava hücumundan müdafiəsi tərəfindən atıldığı görünür.

 

Məlumat üçün bildirək ki, ABŞ-ın məşhur "Raytheon" şirkətinin istehsal etdiyi "Patriot" hava hücumundan müdafiə sistemləri raketlərin qarşısını almaq üçün nəzərdə tutulub.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu