Modern.az

Çindən ABŞ-a görüş təklifi: Biz hazırıq!

Çindən ABŞ-a görüş təklifi: Biz hazırıq!

21 Noyabr 2022, 00:43

Çin tərəfi növbəti həftə Kambocada keçiriləcək regional təhlükəsizlik forumunda ABŞ müdafiə naziri ilə görüşməyə hazırdır.

 

Modern.az ​​​​​xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin sözçüsü Tanq Kefeyi məlumat verib.

 

Çinin müdafiə naziri Vei Fenqhe və Pentaqon rəhbəri Lloyd Austin ASEAN-Plus Müdafiə Nazirləri Toplantısında iştirak edəcəklərini təsdiqləyiblər.

 

Nazirlik rəsmisi, həmçinin qeyd edib ki, hər iki tərəf çərşənbə günü keçiriləcək forumda "fikir mübadiləsi" ilə bağlı öz fəaliyyətlərini əlaqələndirirlər.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu