Modern.az

Tokayev seçkidən sonra xalqa vədlər verdi

Tokayev seçkidən sonra xalqa vədlər verdi

21 Noyabr 2022, 00:52

Qazaxıstan siyasi sistemin yeni formasına keçir, konstitusiya islahatı ardıcıl və aydın şəkildə aparılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev seçkidən sonra xalqa müraciətində deyib.

 

“Biz konstitusiya islahatını aydın və ardıcıl həyata keçirəcəyik. Biz ölkənin siyasi quruluşunun yeni formasına keçirik”, - Tokayev qeyd edib.

 

O, ölkə iqtisadiyyatında köklü dəyişikliklərin olacağını diqqətə çatdırıb: “Biz vətəndaşların rifahını yaxşılaşdıracağıq”.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?