Modern.az

Suriyadan Türkiyəyə RAKET ATILDI - Ölənlər var - FOTO

Suriyadan Türkiyəyə RAKET ATILDI - Ölənlər var - FOTO

Dünya

21 Noyabr 2022, 13:15

Bu gün Suriya ərazisindən Türkiyəyə 5 raket atılıb.

 

Modern.az xəbər verir ki, YPG/PKK terror təşkilatı üzvləri tərəfindən atılan raketlər Karkamış rayonun ərazisinə düşüb. Nəticədə bir ev və yük maşını sıradan çıxıb.

 

Qaziantəp valisi Davud Gül bildirib ki, raket zərbələri nəticəsində azı üç nəfər ölüb, altı nəfər yaralanıb.

***

PKK/YPG terror qruplaşması Suriyanın şimalından Türkiyənin Qaziantep şəhərinin Karkamış vilayətinə 5 raket atıb.

 

Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

 

Əraziyə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb olunub.

 

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri noyabrın 20-də Suriya və İraqın şimalında yeni anti-terror əməliyyatına başlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu