Modern.az

İran futbolçuları himni oxumaqdan imtina etdilər

İran futbolçuları himni oxumaqdan imtina etdilər

Dünya

21 Noyabr 2022, 18:21

Qətərdə keçirilən Dünya Çempionatının B qrupunun ilk matçında İngiltərə millisi ilə qarşılaşan İran komandası görüşdən öncə dövlət himnini oxumaqdan imtina edib.

 

Modern.az xəbər verir ki, futbolçular İranda baş verən son siyasi proseslərə etiraz olaraq bu addımı atıblar.

 

Qeyd edək ki, əxlaq polisinin 22 yaşlı Məhsa Əmini adlı qadını öldürməsindən sonra İranda kütləvi iğtişaşlar başlayıb. Qısa müddət ərzində etirazlar rejim əleyhinə genişmiqyaslı aksiyalara çevrilib. Polislə toqquşma zamanı yüzlərlə iranlı həlak olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu