Modern.az

Polşanın Ukrayna ilə sərhədini Almaniya qoruyacaq

Polşanın Ukrayna ilə sərhədini Almaniya qoruyacaq

Dünya

21 Noyabr 2022, 20:30

Polşa Almaniyanın "Patriot" hava hücumundan müdafiə sistemlərinin ölkənin Ukrayna ilə sərhədinə yerləşdirilməsinə razılıq verib.

 

Modern.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak "Twitter"də məlumat yayıb.

 

“Almaniyanın müdafiə naziri Ukrayna ilə sərhəddə “Patriot” qurğusunu yerləşdirməyə hazır olduğunu təsdiqləyib”, - deyə nazir bildirib.

 

O vurğulayıb ki, sistemlərin yerləşdirilməsinin tarixi barədə müzakirələr davam edir.

 

Qeyd edək ki, ötən həftə Polşaya düşən raket nəticəsində iki mülki şəxs həlak olub.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu