Modern.az

Türkiyədən İsveçə etiraz - Səfir XİN-ə çağırıldı

Türkiyədən İsveçə etiraz - Səfir XİN-ə çağırıldı

Dünya

21 Noyabr 2022, 20:59

İsveçin Ankaradakı səfiri Staffan Herrström Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az xəbər verir ki, məlumatı Nazirliyin mətbuat xidməti yayıb.

 

Rəsmi Ankara PKK tərəfdarlarının Stokholmda keçirdiyi aksiya ilə əlaqədar İsveçə etirazını bildirib. XİN İsveç səfiri vasitəsilə insidentin araşdırılmasını və hadisədə iştirak edənlərin tapılmasını tələb edib.

 

Qeyd edək ki, İsveçin paytaxtında PKK tərəfdarlarının nümayişi keçirilib. Türkiyə Hərbi Hava Qüvvələrinin Şimali İraq və Suriyada keçirdiyi hərbi əməliyyata etiraz edən iştirakçılar təhqirlər səsləndiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu