Modern.az

Lukaşenko və Peskovun ailəsi sanksiyalara məruz qaldı 

Lukaşenko və Peskovun ailəsi sanksiyalara məruz qaldı 

21 Noyabr 2022, 22:18

Yeni Zelandiya Rusiya və Belarusa qarşı yeni sanksiyalar tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

İki ölkənin 22 vətəndaşına, eləcə də neft-qaz və poladtökmə sektorlarında fəaliyyət göstərən bəzi müəssisələrə qarşı sanksiya tətbiq olunub.

 

Yeni sanksiya siyahısına Rusiya Federasiyası vətəndaşları Mariya Vorontsova və Katerina Tixonova, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşı və övladları, Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina, Belarus Prezidenti Aleksandr Lukaşenkonun həyat yoldaşı və oğlu daxildir.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?