Modern.az

“Züleyxa”nın həbs xəbəri doğru çıxdı - FOTO

“Züleyxa”nın həbs xəbəri doğru çıxdı - FOTO

Dünya

22 Noyabr 2022, 12:28

İranlı məşhur aktrisa Katayun Riahi ölkədə hökumət əleyhinə etirazlara qoşulduğuna və sosial şəbəkə hesabında ictimai yerlərdə hicabını açdığını əks etdirən videolar paylaşdığına görə həbs olunub.

 

Modern.az xəbər verir ki, bu barədə İranın İRNA agentliyi məlumat yayıb.

 

Agentliyin məlumatına əsasən, noyabrın əvvəlində saxlanılan aktrisa ölkədəki iğtişaşları qızışdırmaqda, həmçinin müxalif qüvvələrdə əlaqə saxlamaqda ittiham olunur.

 

Bundan öncə onun saxlanılması barədə xəbərlər yayılsa da, rəsmən təsdiqlənmirdi. İRNA agentliyi aktrisanın həbs xəbərinin doğru olduğunu yazıb.

 

Bundan sonra onun pərəstişkarları küçələrə axın edərək, “Katayun Riahiyə azadlıq” şüarlarını səsləndirib, sənətçinin azadlığa buraxılmasını tələb ediblər.

 

Qeyd edək ki, Katayun Riahi Yusif peyğəmbərin həyatından bəhs edən serialda Züleyxa obrazı ilə məşhurluq qazanıb.

 

 

Elmar Hüseynov

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu