Modern.az

Rusiyadan Bakıya uçuşların sayı ARTIRILIR

Rusiyadan Bakıya uçuşların sayı ARTIRILIR

Dünya

22 Noyabr 2022, 17:50

Rusiyanın "Utair" aviaşirkəti noyabr ayında Samaradan Bakıya reyslərin sayını həftədə iki dəfədən üç dəfəyədək artırıb.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, əlavə reys çərşənbə axşamları yerinə yetiriləcək. Uçuş Samaradan yerli vaxtla 12:40-da, Bakıdan əks istiqamətdə 17:05-də həyata keçiriləcək.

 

Eyni zamanda, şirkətin cümə axşamı və bazar günləri reyslərinin cədvəli dəyişməz qalır.

 

Xatırladaq ki, "Utair" aviaşirkəti Moskva, Qroznı, Samara, Ufa, Sankt-Peterburq, Tümen, Surqut şəhərlərindən Bakıya, Moskva şəhərindən Gəncə və Naxçıvana uçuşlar yerinə yetirir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu