Rusiya Prezidenti Vladimir Putin yaxın günlərdə Ukraynada döyüşən hərbçilərin anaları ilə görüş keçirəcək.
Modern.az xəbər verir ki, bu barədə "Vedomosti" qəzeti Rusiya Prezident Administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, Rusiyada noyabrın 27-də Analar Gününüdür. Görüşün həmin bayram ərəfəsində baş tutacağı gözlənilir. Lakin Kremlin sözçüsü Dmitri Peskov belə bir görüşün olacağını təsdiq etməyib.
Akif İsmayılov