Modern.az

Rusiya Münhen Konfransına dəvət olunmayacaq

Rusiya Münhen Konfransına dəvət olunmayacaq

Dünya

22 Noyabr 2022, 20:16

Rusiya 2023-cü ildə keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak etməyəcək. 

 

Modern.az xəbər verir ki, bu barədə Konfransın sədri Kristof Heusgen özünün tvitter hesabında bildirib.

 

O, Rusiya tərəfini dəvət etməkdən imtina etdiyini qeyd edib.

 

“Rusiya hakimiyyəti Münhen Təhlükəsizlik Konfransına dəvət edilməyib. Biz onlara təbliğat platforması verməyəcəyik. Biz Rusiya müxalifətinin liderləri və mühacirətdə olan insanlarla Rusiyanın gələcəyini müzakirə etmək istəyirik. Onların səsi eşidilməlidir”, – Heusgen bildirib.

 

59-cu Münhen Təhlükəsizlik Konfransı 2023-cü il fevralın 17-dən 19-dək keçiriləcək.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu