BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı İranda vəziyyətin kritik olduğunu bəyan edib.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
“İranda həftəsonu iki uşaq da daxil olmaqla etiraz aksiyaları nəticəsində ölənlərin sayının artması və təhlükəsizlik qüvvələrinin sərt reaksiyası ölkədə kritik vəziyyətin olduğunu göstərir”, - təşkilatın insan haqları üzrə komissarı Volker Türk bildirib.
Komissarlıq (OHCHR) aksiyalarda indiyədək 300-dən çox insanın, o cümlədən 40-dan çox uşağın həlak olduğunu açıqlayıb. Ölənlərin sayının artacağı istisna edilmir.
Xatırladaq ki, 22 yaşlı Məhsa Əmininin İranın əxlaq polisinin nəzarəti altında vəfat etməsindən sonra başlayan etirazlar tezliklə genişmiqyaslı iğtişaşlara çevrilib.
Akif İsmayılov