Modern.az

Ankara özünü müdafiə etmək hüququna malikdir - Ağ Ev

Ankara özünü müdafiə etmək hüququna malikdir - Ağ Ev

Dünya

22 Noyabr 2022, 20:45

ABŞ Türkiyənin Suriya və Şimali İraqda həyata keçirdiyi "Pəncə-Qılınc" əməliyyatına münasibət bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Con Kirbi danışıb.

 

“Türkiyə cənubda terror təhlükəsi ilə üz-üzə qalıb. Bu halda Ankara özünü müdafiə etmək hüququna malikdir”, - deyə Ağ Ev rəsmisi vurğulayıb.

 

Qeyd edək ki, Türkiyə Hərbi Hava Qüvvələrinin Suriya və İraqın şimalına endirdiyi aviazərbələr nəticəsində 200-ə yaxın terrorçu zərərsizləşdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu