Modern.az

“Mançester” Ronaldo ilə müqaviləni pozdu

“Mançester” Ronaldo ilə müqaviləni pozdu

Dünya

22 Noyabr 2022, 21:49

İngiltərənin "Mançester Yunayted" futbol komandası Kriştianu Ronaldo ilə müqaviləni pozub.

 

Modern.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, qarşılıqlı razılıq əsasında tərəflər arasında əməkdaşlıq dayandırılıb. Klub portuqaliyalı futbolçuya təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

 

Xatırladaq ki, Ronaldo bu yaxınlarda verdiyi müsahibədə "Mançester Yunayted"in ona xəyanət etdiyini açıqlamışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?