Modern.az

Meksikada güclü zəlzələ

Meksikada güclü zəlzələ

22 Noyabr 2022, 22:29

Meksikanın Aşağı Kaliforniya sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

 

Zəlzələ Aşağı Kaliforniyadakı Las Brisas şəhərindən təxminən 30 km qərb-cənub-qərbdə, 19 kilometr dərinlikdə baş verib.

 

Şəhərin meri Marina del Pilar Avila "Twitter"də bildirib ki, rəsmilər zəlzələnin hər hansı ziyana səbəb olub-olmadığını araşdırır.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?