Modern.az

Blinken və Stoltenberq Ukraynanı müzakirə etdi

Blinken və Stoltenberq Ukraynanı müzakirə etdi

23 Noyabr 2022, 00:27

ABŞ dövlət katibi Entoni Blinken NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

 

Tərəflər NATO xarici işlər nazirlərinin noyabrın 29-30-da Buxarestdə keçiriləcək görüşü və Ukraynaya əlavə yardımı müzakirə ediblər.

 

Bundan əlavə, diplomatlar Finlandiya və İsveçin NATO-ya qoşulmasına dəstək ifadə ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?