Modern.az

Avropa ölkələrindən İrana ETİRAZ 

Avropa ölkələrindən İrana ETİRAZ 

Dünya

23 Noyabr 2022, 00:50

İngiltərə, Fransa və Almaniya İranın nüvə proqramını daha da genişləndirmək qərarını pisləyib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkələrin birgə bəyanatında qeyd olunub.

 

Bəyanatda bildirilib ki, İran Fordo və Natanz obyektlərində istehsal gücünü artırmaq üçün mühüm addımlar atıb.

 

Açıqlamada qeyd olunub ki, İranın Fordo Nüvə Zənginləşdirmə Zavodunda "hiper zənginləşdirilmiş uranın istehsalını artırmaq qərarı" xüsusi narahatlıq doğurur.

 

Qeyd edək ki, İran bu gün Fordo zavodunda uranın 60%-dək zənginləşdirildiyini bildirib.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu