Modern.az

Ukraynaya növbəti dəstək - Bu dəfə 4,5 milyard

Ukraynaya növbəti dəstək - Bu dəfə 4,5 milyard

Dünya

23 Noyabr 2022, 09:06

ABŞ Ukraynaya 4,5 milyard dollarlıq yeni maliyyə yardımı ayırıb.

 

Modern.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.

 

"Bu gün Birləşmiş Ştatlar əlavə 4,5 milyard dollarlıq birbaşa büdcə dəstəyi qrantlarını səfərbər edib. Bu vəsaitlər yaxın həftələrdə verilməyə başlayacaq və Ukrayna hökumətinə iqtisadi sabitliyi gücləndirməklə, əsas dövlət xidmətlərini dəstəkləməklə Rusiyanın qeyri-qanuni müharibəsindən müdafiə etməyə kömək edəcək", - deyə Yellen deyib.

 

Nazir bildirib ki, vəsait xəstəxana işçilərinin, dövlət qulluqçularının və müəllimlərin maaşlarına, həmçinin pensiyalara yönəldiləcək.

 

ABŞ maliyyə nazirinin sözlərinə görə, yeni yardım paketi Ukraynanın ümumi birbaşa büdcə dəstəyini 13 milyard dollara çatdıracaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu