Modern.az

Türkiyədə zəlzələ qurbanlarının sayı artdı - YENİLƏNİB

Türkiyədə zəlzələ qurbanlarının sayı artdı - YENİLƏNİB

Dünya

23 Noyabr 2022, 13:08

Türkiyənin Düzce vilayətində baş vermiş zəlzələ nəticəsində daha bir nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bununla da ölənlərin sayı 2-yə çatıb.

 

***

Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin şəxs zəlzələ əsnasında evdən çıxarkən yıxılıb və başı pilləkənə dəyib.

 

Xəsarət alan şəxs aparıldığı xəstəxanada dünyasını dəyişib.  

 

Qeyd edək ki, bu gecə Türkiyənin Düzce vilayətində baş vermiş 5,9 bal gücündə zəlzələdən sonra əksəriyyəti dörd baldan yuxarı olmaqla 70-dən artıq avterşok qeydə alınıb. 

 

Yeraltı təkanlar nəticəsində yaralananların sayı 50-yə çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu