Modern.az

Kuleba: Rusiya ilə danışıqların əleyhinə deyilik

Kuleba: Rusiya ilə danışıqların əleyhinə deyilik

Dünya

25 Noyabr 2022, 23:21

Kiyev Moskva ilə danışıqlara qarşı deyil.

 

Modern.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Parisien" qəzetinə müsahibəsində deyib.

 

Lakin o qeyd edib ki, danışıqlar Ukraynanın ərazi bütövlüyü bərpa edildikdən sonra mümkündür.

 

“Ukrayna danışıqların əleyhinə deyil. Zelenski G20 sammitində “qlobal sülh”dən danışıb”, – Kuleba bildirib.

 

Onun sözlərinə görə, Moskva ultimatum dilində danışmağı dayandırmalıdır: "Ədalətli sülh Ukraynanın ərazi bütövlüyünün tam bərpasından başlayır”.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu