Modern.az

Türkiyə Filippinə hücum helikopterləri verdi

Türkiyə Filippinə hücum helikopterləri verdi

Dünya

26 Noyabr 2022, 08:56

Türk Aviasiya və Kosmos Sənayesi (TÜSAŞ) şirkəti Filippin Hərbi Hava Qüvvələrinin sifariş etdiyi iki ədəd “T129 Atak” hücum helikopterini ölkəyə təhvil verib.

 

Modern.az xəbər verir ki, T129 hücum helikopteri “Agusta A129 Mangusta” platforması əsasında Avropanın “AgustaWestland” konserni ilə birgə hazırlanıb.

 

Helikopter gündüz və gecə saatlarında isti və yüksək dağlıq ərazilərdə quru qoşunlarına və kəşfiyyat missiyalarına atəş dəstəyi vermək üçün nəzərdə tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu