Kreml Belarus ordusunu Ukraynaya qarşı müharibəyə cəlb etmək üçün Aleksandr Lukaşenkoya sui-qəsd hazırlayır.
Modern.az UNIAN-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Robert Lansinq İnstitutunun analitikləri bildiriblər.
Analitiklər Kremlin artıq bu barədə qərar qəbul etdiyini təsdiqləyiblər:
“Sui-qəsd cəhdi uğursuz olsa, Rusiya bu işdə Ukrayna və Polşanın iştirakı barədə uydurma sübutlar təqdim edəcək. Beləliklə, yenə də Belarus qoşunlarının Ukraynaya qarşı müharibədə iştirakı təmin oluna bilər".
Lukaşenko öləcəyi təqdirdə onun yerinə KTMT baş katibi Stanislav Zas-ın olacağı güman edilir.