Modern.az

Tokayevin andiçməsi günü Astanada internet kəsildi 

Tokayevin andiçməsi günü Astanada internet kəsildi 

Dünya

26 Noyabr 2022, 21:47

Bu gün Qazaxıstanın paytaxtı Astana şəhərində internetə girişdə problem yaranıb.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstanın "Vlast" portalı məlumat yayıb.

 

Dövlət qurumu internetdə yaranan fasilələri avadanlıqların nasazlığı ilə izah edib.

 

"Nasazlıq sistemlərin işinə təsir etməyib, lakin Astana və Akmola vilayətində internetin işində nasazlıqlar olub", - deyə rəsmi açıqlamada bildirilir.

 

Qeyd edək ki, bu gün Astanada Qazaxıstan prezidenti seçilmiş Kasım Jomart Tokayevin andiçmə mərasimi keçirilib. O, noyabrın 20-də keçirilən növbədənkənar prezident seçkilərində qalib gəlib. Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Tokayev 81,31% səs toplayıb. 

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?