Modern.az

Ukraynaya verilən artilleriyanın üçdə biri YARARSIZDIR 

Ukraynaya verilən artilleriyanın üçdə biri YARARSIZDIR 

Dünya

26 Noyabr 2022, 22:52

İndiyədək Ukraynaya təhvil verilmiş Qərb istehsalı artilleriya qurğuları köhnə olduğu üçün döyüşlərdə istifadə edilməyib.

 

Modern.az xəbər verir ki, bu barədə "New York Times" nəşri məlumat yayıb.

 

Nəşrin məlumatına görə, 350 artilleriya sistemindən təxminən üçdə biri sıradan çıxıb. ABŞ Polşada bu sistemlərin təmiri üçün mərkəz yaradıb.

 

Qəzet yazır ki, Ukrayna təmir bazalarının döyüş meydanına yaxın ərazilərdə yerləşdirilməsini istəyir.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu