Modern.az

Xerson intensiv atəşə tutulur - 30-dan çox ölən var

Xerson intensiv atəşə tutulur - 30-dan çox ölən var

Dünya

26 Noyabr 2022, 23:28

Ukraynanın Xerson vilayəti işğaldan azad edildikdən sonra Rusiya ordusu tərəfindən intensiv şəkildə atəşə tutulur.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin rəisi İqor Klymenko "Facebook" səhifəsində yazıb.

 

Bildirilib ki, şəhər azad edildikdən sonra Rusiya ordusunun açdığı atəş nəticəsində azı 32 nəfər həlak olub.

 

"Rusiyanın gündəlik atəşi şəhəri yerlə-yeksan edir və dinc yerli sakinləri öldürür. Ümumilikdə Rusiya Xerson vilayətində 32 dinc sakini öldürüb", - deyə İqor Klymenko vurğulayıb.

 

Qeyd edək ki, noyabrın 11-də ruslar Xerson şəhərindən geri çəkilib. Onlar indi Dnepr çayının şərq sahilində yerləşirlər və oradan şəhəri müntəzəm atəşə tuturlar.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu