KTMT Ermənistana kömək üçün tədbirlər kompleksi təklif edib.
Modern.az xəbər verir ki, bunu təşkilatın baş katibi Stanislav Zas ONT telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, KTMT vəziyyəti qiymətləndirmək üçün Azərbaycanla sərhədə missiya göndərməyi planlaşdırır.
Bundan əvvəl KTMT Ermənistan-Azərbaycan sərhədinə müşahidə qrupu göndərib.
Akif İsmayılov