Modern.az

Putin və Zelenskiyə təklif - Vatikan cavab gözləyir

Putin və Zelenskiyə təklif - Vatikan cavab gözləyir

Dünya

28 Noyabr 2022, 00:15

Münaqişə tərəfləri belə bir tələb irəli sürərsə, Vatikan Ukrayna məsələsində vasitəçilik etməyə hazırdır.

 

Modern.az xəbər verir ki, bu barədə Vatikanın xarici işlər naziri arxiyepiskop Qallager bildirib.

 

O qeyd edib ki, Vatikan Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar üçün görüş məkanı ola bilər.

 

Nazir deyib ki, Müqəddəs Taxt-Tac və Papa hər zaman nizamlanmaya kömək etməyə hazır olub, lakin hələlik konkret cavab ala bilməyib.

 

Xatırladaq ki, Vatikan bundan əvvəl də bir neçə dəfə vasitəçilik təklifi edib, ancaq heç bir müsbət cavab verilməyib.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu