Modern.az

NATO ölkələrinin silah ehtiyatı TÜKƏNİR 

NATO ölkələrinin silah ehtiyatı TÜKƏNİR 

Dünya

28 Noyabr 2022, 00:43

NATO-ya üzv olan kiçik ölkələr Ukraynaya silah tədarük etmək potensialını tükəndiriblər.

 

Modern.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.

 

Nəşrin mənbəsinin məlumatına görə, alyansın 30 dövlətindən 20-sində silah ehtiyatı, demək olar ki, sıfırdır. Bildirilir ki, qalan 10 ölkə hələ də daha çox silah verə bilər. Bu ölkələr arasında Fransa, Almaniya, İtaliya və Hollandiya var.

 

Qəzetin məlumatına görə, NATO artıq Ukraynaya ümumilikdə 40 milyard dollarlıq silah ötürüb.

 

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq üzv ölkələri silah istehsalını artırmağa çağırıb.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu