Modern.az

Ukrayna hərbçiləri Latviyada qəzaya düşdü - 25 yaralı

Ukrayna hərbçiləri Latviyada qəzaya düşdü - 25 yaralı

Dünya

28 Noyabr 2022, 00:53

Estoniyanın paytaxtı Tallindən Latviyaya gedən yolda avtobus yük maşını ilə toqquşub.

 

Modern.az xəbər verir ki, bu barədə Estoniyanın ERR nəşri məlumat yayıb.

 

Bildirilir ki, qəza nəticəsində Ukrayna ordusunun 25 hərbi qulluqçusu yaralanıb. Qəza zamanı bir eston hərbçinin də xəsarət aldığı bildirilir. 

 

Ukrayna əsgərlərinin niyə Latviyada olması barədə məlumat verilməyib.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu