Modern.az

Yeniyetmələr arasında atışma: 1 ölü, 5 yaralı

Yeniyetmələr arasında atışma: 1 ölü, 5 yaralı

28 Noyabr 2022, 10:12

ABŞ-ın Corciya ştatının Atlanta şəhərində ticarət mərkəzinin yaxınlığında atışma baş verib.

 

Modern.az xəbər verir ki, atışma nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

 

Öldürülən şəxsin 12 yaşı olub. İlkin məlumata görə, yaralılar isə 15-21 yaşlı gənclərdir. Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.

 

Atlantanın polis rəisi Darin Şirbaum atışmanın təfərrüatları barədə açıqlama verib. O bildirib ki, hadisə iştirakçıları bir-birilərini tanıyırlar. Onlar arasında bundan öncə də münaqişə baş verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu