Modern.az

Təyyarə qəzası minlərlə ailəni işıqsız qoydu

Təyyarə qəzası minlərlə ailəni işıqsız qoydu

28 Noyabr 2022, 11:42

ABŞ-ın Merilend ştatında təyyarə qəzası baş verib.

Modern.az xəbər verir ki, hadisə ştatın Qeyzersburq şəhərində qeyd alınıb.

Belə ki, kiçiktutumlu təyyarə yüksək gərginlikli elektrik xəttinə çırpılıb. Təyyarə yerdən 30 metr yüksəklikdə xətlərdən asılı vəziyyətdə qalıb. Hava gəmisində olan 3 ekipaj üzvünün vəziyyətinin yaxşı olduğu bildirilib.

Hadisə nəticəsində şəhərə elektrik verilişi dayandırılıb. Rəsmi məlumata görə, 88 min insan işıqsız qalıb. Qəzanın nəticələrinin aradan qaldırılması üçün ərazidə yollan bağlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu