Modern.az

“Pandemiya dünyanın əsl üzünü ortaya qoydu” - Ərdoğan

“Pandemiya dünyanın əsl üzünü ortaya qoydu” - Ərdoğan

28 Noyabr 2022, 14:32

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan COVID-19 pandemiyasının dünyaya təsirləri barədə danışıb.

Modern.az xəbər verir ki, Ərdoğan bu mövzuya İstanbul Konqres Mərkəzində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin (İSEDAK) 38-ci toplantısında çıxışı zamanı toxunub.

Onun sözlərinə görə koronovirus pandemiyası dünyanın əsl üzünü ortaya qoyub: “Bəzi ölkələrin bundan gəlir əldə etməyə çalışdığı da müşahidə edildi. Türkiyə bu çətin günlərdə yardıma ehtiyacı olan hamıya əl uzatdı. 161 ölkə və 12 beynəlxalq təşkilata kömək göstərilib. Türkiyə hazırladığı peyvəndi dünya ilə paylaşdı, bunlara Afrika ölkələri də daxildir”.

Türkiyə prezidenti pandemiyanın dünya iqtisadiyyatına təsirləri barədə də fikirlər səsləndirib.

“Qarşıdurmalarla davam edən iqtisadi krizis daha da ağırlaşmağa davam edir. İnflasiya və işsizlik göstəriciləri son 50-60 ilin ən yüksək həddinə çatıb. Zamanında tədbirlərimizi alsaq da, müəyyən qədər biz də bu böhrandan təsirlənirik”, - deyə Ərdoğan bəyan edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu