Modern.az

Ukrayna qaranlığa qərq olub

Ukrayna qaranlığa qərq olub

Dünya

28 Noyabr 2022, 14:24

Noyabrın 28-i səhər saat 10:00-dan etibarən elektrik enerjisi çatışmazlığının artması ilə əlaqədar bütün Ukrayna ərazisində fövqəladə elektrik enerjisi kəsilməsi tətbiq edilir.

 

Modern.az xəbər verir ki, bu barədə “Ukrenerqo”nun “Telegram” kanalında məlumat verilib.

 

"Elektrik çatışmazlığının artmasına səbəb bir neçə elektrik stansiyasında aqreqatların fövqəladə dayandırılması olub. Eyni zamanda, hava şəraitinin pisləşməsi ilə əlaqədar istehlak artmaqda davam edir. Hazırda enerji çatışmazlığı 27% təşkil edir", - şirkətdən bildiriblər.

 

Qeyd olunub ki, qəzalı dayanmaların səbəbləri aradan qaldırıldıqdan sonra aqreqatlar işə qayıdacaq ki, bu da enerji sistemində kəsirin azaldılmasına və istehlakçıların məhdudiyyətlərinin həcminin azalmasına səbəb olacaq.

 

Şirkət xatırladıb ki, enerji sistemindəki ümumi çatışmazlıq Rusiya işğalçılarının Ukraynanın enerji infrastrukturuna artıq yeddi dəfə raket zərbələri endirməsinin nəticəsidir.

 

"Zərərin miqyası və mürəkkəbliyi çox böyükdür. Təmir gecə-gündüz davam edir", - məlumatda deyilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu