Modern.az

Türkiyə terrorçuları belə məhv edir - VİDEO

Türkiyə terrorçuları belə məhv edir - VİDEO

28 Noyabr 2022, 14:52

Türkiyə Milli Müdafiə Nazirliyi terrorçuluqla mübarizə çərçivəsində keçirilən əməliyyatların görüntülərini yayıb.

Modern.az xəbər verir ki, bununla bağlı video nazirliyin rəsmi tviter səhifəsində paylaşılıb.

“Əsalətini tarixdən, cəsarətini millətindən alan qəhrəman türk topçusu odlu dəstək vasitələrilə terrorçuların hinlərini başlarına bax belə yıxır”, - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən İraq və Suriyanın şimalında keçirilən əməliyyatın əsas məqsədi terrorun mənbəyində məhv edilməsi strategiyası çərçivəsində İraq və Suriyanın şimaldan xalqa və təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirilən terror hücumlarını aradan qaldırmaqdır.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu