Modern.az

Putin və Tokayev vacib sənəd imzaladılar

Putin və Tokayev vacib sənəd imzaladılar

28 Noyabr 2022, 16:52

Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya-Qazaxıstan diplomatik münasibətlərinin 30 illiyi ilə bağlı deklarasiya imzalayıb.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, deklarasiya Qazaxıstan dövlət başçısının Rusiyaya səfəri çərçivəsində imzalanıb.

 

Bu, Kasım-Jomart Tokayevin növbəti dəfə prezident seçilməsindən sonra ölkə xaricinə ilk səfəridir. Bildirilib ki, sənədin imzalanma mərasimi Kremldə baş tutub.

 

Qeyd edək ki, səfər çərçivəsində prezidentlər arasında ikitərəfli görüş keçirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?