Modern.az

Viktor Orbandan İsveç və Finlandiyaya DƏSTƏK 

Viktor Orbandan İsveç və Finlandiyaya DƏSTƏK 

28 Noyabr 2022, 18:57

Macarıstanın baş naziri Viktor Orban İsveç və Finlandiyanın NATO-ya üzv olmasını dəstəklədiyini bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında yazıb.

 

Orban qeyd edib ki, İsveç və Finlandiyanın NATO-ya üzvlüyünün ratifikasiyası məsələsi artıq ölkə parlamentinin 2023-cü ildə keçiriləcək ilk sessiyasının gündəliyinə daxil edilib. 

 

Polşanın Baş naziri Mateuş Moravetski Viktor Orbandan İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı sazişlərin ən qısa müddətdə ratifikasiya edilməsini xahiş edib.

 

Qeyd edək ki, iki ölkənin NATO-ya qoşulmasını hələlik yalnız Macarıstan və Türkiyə təsdiq etməyib.

 

Türkiyə Finlandiya və İsveçdən terror mövzusunda aydın mövqe nümayiş etdirməsini və terrorçuların Ankaraya verilməsini tələb edir.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?