Modern.az

Dünyanın ən böyük vulkanı püskürdü

Dünyanın ən böyük vulkanı püskürdü

Dünya

28 Noyabr 2022, 19:58

Havay adalarında yerləşən Mauna Loa vulkanı püskürməyə başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

 

Bildirilib ki, hazırda vulkanın lavaları hələlik zirvədə dayanıb. Buna baxmayaraq, xəbərdarlıq edilib ki, vulkan püskürməsi çox dinamik ola və lava axınlarının yeri və irəliləməsi sürətlə dəyişə bilər.

 

Dünyanın ən böyük aktiv vulkanının yerləşdiyi Mauna Loa zirvəsi Havay adalarına daxil olan Böyük Adanın yarısından çoxunu tutur. 4169 metr hündürlükdə olan vulkan sonuncu dəfə 1984-cü ilin mart və aprel aylarında püskürüb.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu