Modern.az

Erməni mayor xəyanət ittihamı ilə həbs olundu

Erməni mayor xəyanət ittihamı ilə həbs olundu

29 Noyabr 2022, 10:38

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) mayor rütbəli hərbçini xəyanət ittihamı ilə həbs edib.

 

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin adı açıqlanmayan mayoru ölkənin şərq və cənub istiqamətlərindəki bölmələrlə bağlı məlumatları, onların gördüyü işləri toplayaraq xarici ölkələrin xüsusi xidmət orqanlarına messencer vasitəsilə ötürüb.

 

Məlumata görə, bunun qarşılığında hərbçi 20 min ABŞ dolları məbləğində mükafat alıb.

 

Hərbçinin həbs olunduğu və hazırda araşdırmaların aparıldığı qeyd edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?