Modern.az

Rusiyada yüksək vəzifəli məmur istefa verdi

Rusiyada yüksək vəzifəli məmur istefa verdi

Dünya

29 Noyabr 2022, 11:54

Rusiya Federasiyasının Hesablama Palatasının sədri Aleksey Kudrin istefa verib.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, A.Kudrin bu barədə ərizə yazaraq, ölkə prezidenti Vladimir Putinə təqdim etdiyini bildirib.

 

Aleksey Kudrin 2000-2004-cü illərdə Rusiya baş nazirinin müavini, 2011-ci ilə qədər isə maliyyə naziri vəzifəsini daşıyıb. O, Hesablama Palatasının sədri postunu 2018-ci ildən bəri tuturdu.

 

Qeyd edək ki, A.Kudrin Vladimir Putinə yaxın olan kadrlardan biri hesab edilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu