Modern.az

Ukrayna yaxın vaxtlarda NATO-ya qəbul edilməyəcək 

Ukrayna yaxın vaxtlarda NATO-ya qəbul edilməyəcək 

Dünya

29 Noyabr 2022, 12:10

Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı məsələ yaxın vaxtlarda həll olunmayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi hərbi alyans daxilindəki mənbəyə istinadən yazıb.

 

Mənbənin məlumatına görə, Ukraynanın üzvlüyünə təşkilat daxilində müsbət yanaşılsa da, hələlik bu ölkə NATO-ya üzv olmayacaq.

 

“NATO-nun qapıları Ukrayna üçün açıqdır, amma indi bunun vaxtı deyil”, - deyə mənbə qeyd edib.

 

Xatırladaq ki, bu gün Rumıniyanın paytaxtı Buxarestdə alyansa üzv olan ölkələrin xarici işlər nazirlərinin toplantısı keçiriləcək. Toplantıda Rusiya-Ukrayna müharibəsinin də müzakirəsi planlaşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu