Ötən gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiya paytaxtı Moskvaya səfəri zamanı həmkarı Vladimir Putinlə müzakirə etdiyi məsələlərdən biri məlum olub.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin Tokayevə Rusiya, Qazaxıstan və Özbəkistandan ibarət üçtərəfli ittifaq yaradılmasını təklif edib.
Qazaxıstan tərəfi bu gün ittifaqın qazla bağlı olduğunu açıqlayıb. Bildirilib ki, bu barədə müzakirələr davam etdirilir.
Məlumata görə, rəsmi Daşkəndin təklifə necə münasibət bəslədiyi Rusiyanın baş naziri Mixail Mişustinin Özbəkistana dekabrın əvvəlində planlaşdırılan səfəri zamanı müzakirə ediləcək.