Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın 3-cü dönəm prezident olması məsələsinə toxunub.
Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, MHP lideri bu barədə partiyasının Türkiyə Böyük Millət Məclisindəki (TBMM) qrup toplantısında danışıb.
Müxalifətə səslənən Baxçalı onların prezident seçkilərinin 7 ildən bir keçirilməsi təklifini tənqid edib. “Cümhur İttifaqı millətin ittifaqıdırsa, 2 kifayət etməz, 3 olsun desək, nə edəcəksiniz? Kaş 5 illik 3 dönəm olsun, yeni yüzilliyin 25 ilini tamamilə lider ölkəyə doğru sürətlə aparaq”, - deyə partiya sədri bəyan edib.
Qeyd edək ki, Türkiyə müxalifəti daha əvvəl prezidentin sadəcə 1 dəfə və 7 illik seçilməsi barədə təkliflər irəli sürmüşdü.