Belarusun mərhum xarici işlər naziri Vladimir Makey Minskdəki Şərq qəbiristanlığında dəfn edilib.
Modern.az xəbər verir ki, nazirlə Mərkəzi Zabitlər Evində vida mərasimi keçirilib.
Mərasimdə Belarus prezidenti Aleksandr Lukaşenko, Rusiyanın Minskdəki səfiri Boris Qrızlov və xarici işlər nazirinin müavini Andrey Rudenko iştirak ediblər.
Makey 2000-2008-ci illərdə prezident Aleksandr Lukaşenkonun köməkçisi işləyib. 2008-2012-ci illərdə Prezident Administrasiyasının rəhbəri olub. O, 2012-ci ildən Belarusun xarici işlər naziri vəzifəsində çalışırdı.
İlkin məlumatlara əsasən, 64 yaşlı Makey infarktdan dünyasını dəyişib. Lakin onun sui-qəsd nəticəsində öldürülməsi barədə iddialar da yayılıb.
Akif İsmayılov