Futbol üzrə dünya çempionatının sonuncu qrup oyununda üz-üzə gələn İran və ABŞ yığmalarının görüşü başa çatıb.
Modern.az xəbər verir ki, əzəli rəqiblərin qarşılaşması ABŞ millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
ABŞ komandası bu qələbə sayəsində 1/8 final mərhələsinə yüksəlib, İran isə dünya çempionatında mübarizəni dayandırmalı olub.
Qeyd edək ki, ABŞ növbəti mərhələdə Niderland yığması ilə qarşılaşacaq.
***
İran və ABŞ yığmaları arasında keçirilən görüşdə hesab açılıb.
Modern.az xəbər verir ki, matçın 38-ci dəqiqəsində Amerika millisi fərqlənib.
Belə ki, Kristian Pulişiç komandasını hesabda önə çıxarıb.
Gərgin mübarizə şəraitində keçən görüşün ilk hissəsində əlavə qol vurulmayıb.
***
Futbol üzrə dünya çempionatında B qrupunun III turunda İran və ABŞ yığmaları qarşılaşır.
Modern.az xəbər verir ki, görüş “El Tumama” stadionunda keçirilir.
***
Dünya çempionatının B qrupunun III turunda keçiriləcək İran və ABŞ yığmalarının start heyətləri açıqlanıb.
Modern.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
İran: 1. Əlirza Beyrəvand, 23. Ramin Rezaean, 19. Məcid Hüseyni, 8. Mürtəza Pürəligənci, 5. Milad Məhəmmədi, 6. Səid Ezotalahi, 21. Əhməd Nurullahi, 3. Ehsan Həcisəfi, 9. Mehdi Taremi, 20. Serdar Azmun, 17. Əli Qulizadə
ABŞ: 1. Met Törnr, 2. Sejinyo Dest, 20. Kemron Karter Viks, 13. Tim Rim, 5. Entoni Robinson, 4. Tayler Adams, 6. Yunus Musa, 8.Ueston Makkeni, 21. Timoti Vea, 24. Coşua Serjent, 10. Kristian Pulişiç
Qeyd edək ki, qarşılaşma saat 23:00-da start götürəcək.